ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb ABŞ dövlət katibi Entoni Blinken Rusiya-ABŞ virtual sammiti ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.
Digər ölkələr
7 Dekabr , 2021 00:45
ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

ABŞ dövlət katibi Entoni Blinken Rusiya-ABŞ virtual sammiti ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: “Mən brifinqə gedəndə dövlət katibi prezident Zelenski ilə əlaqə saxlayıb”.

Xatırladaq ki, dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında videokonfrans formatında danışıqlar baş tutacaq.

Son xəbərlər

Orphus sistemi