Yuxarı
    Bağlamaq

    ABŞ Dövlət katibi Rusiyaya səfərə gəlib

    Danışıqların zamanı Suriya və Ukraynada vəziyyətin olacağı gözlənilir

    Bakı. 23 mart. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparmaq məqsədilə Moskvaya gəlib.

    "Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, danışıqların zamanı Suriya və Ukraynada vəziyyətin olacağı gözlənilir.

    ABŞ Dövlət Departamenti, Con Kerrinin səfərinin keçən həftə prezident Vladimir Putinin Rusiya hərbi qüvvələrinin Suriyadan qismən çıxarılmasına dair göstərişdən sonra təşkil olunduğunu bildirib.

    Dövlət Departamentinin bildirdiyinə görə, Kerri və Rusiya rəsmiləri arasında danışıqlarda Suriyada atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın çatdrılması və humanitar yardım işçilərinin yerlərə getməsi üçün imkanların yaxşılaşdırılması və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi