Yuxarı
    Bağlamaq

    ABŞ dövlət katibi Moskvaya səfər edib

    Bu, Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsində Rusiyaya ilk səfəridir

    Bakı. 11 aprel. REPORT.AZ/ ABŞ dövlət katibi Reks Tillerson Moskvaya səfər edib.

    "Report" xəbər verir ki, dövlət katibi İtaliyada G-7 ölkələri XİN başçılarının görüşündən sonra Rusiyaya gəlib.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə R.Tillerson arasında aparılacaq danışıqlar çərçivəsində beynəlxalq təhlükəsizlik sahəsində aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

    Bu, Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsində Rusiyaya ilk səfəridir.

    Səfər aprelin 12-də başa çatacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi