Yuxarı

ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib

Hər bir liviyalı bu yekun sazişi dəstəkləməli və milli birliyin əldə olunmasına töhfə verilməlidir

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Liviyada münaqişə tərəfləri arasında böhranın dinc yolla nizamlanması və milli birlik hökumətinin yaradılmasına dair imzalanan yekun sazişi yüksək qiymətləndirib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Liviya sakinlərinə səslənən Kerri, "Cəsur siyasətçiləri alqışlayıram. Hər bir liviyalı bu yekun sazişi dəstəkləməli və milli birliyin əldə olunmasına töhfə verməlidir", - deyə vurğulayıb.

Xatırladaq ki, Mərakeşin Sxerat şəhərində imzalanan sənədə Ümummilli Konqres və Liviya parlamentinin nümayəndələri dəstək veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi