ABŞ dövlət katibi KXDR lideri ilə görüşüb

ABŞ dövlət katibi KXDR lideri ilə görüşüb Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Maykl Pompeo Pxenyana səfər edərək KXDR lideri Kim Çen Inla görüşüb.
Digər ölkələr
7 Oktyabr , 2018 14:16
ABŞ dövlət katibi KXDR lideri ilə görüşüb

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Maykl Pompeo Pxenyana səfər edərək KXDR lideri Kim Çen Inla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi "Twitter" səhifəsində yazıb.

"Kim Çen Inla görüşmək üçün Pxenyana səfərim əla oldu. Biz Sinqapurda keçirilən sammitdə əldə olunmuş sazişlər üzrə irəliləyişə nail olmaqda davam edirik", - deyə Pompeo "Twitter"dəki səhifəsində yazıb.

Bu, Pompeonun Pxenyana dördüncü səfəridir. O, ilk dəfə KXDR-ə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri kimi bu ilin aprelində səfər edib.

ABŞ-ın dövlət katibi bundan əvvəl Tokioda olub. O, Yaponiya paytaxtında baş nazir Sindzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.  

Son xəbərlər

Orphus sistemi