ABŞ-ın dövlət katibi Kabula səfər edib

ABŞ-ın dövlət katibi Kabula səfər edib Amerika qoşunlarının ölkədən çıxarılmasının təfərrüatı müzakirə ediləcək
Digər ölkələr
15 Aprel , 2021 15:37
ABŞ-ın dövlət katibi Kabula səfər edib
Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken bu gün Əfqanıstanın paytaxtı Kabula gəlib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın “TOLO News” telekanalı yayıb.

Məlumata görə, E.Blinken Əfqanıstan rəhbərliyi ilə ölkədə sülh prosesini, habelə Amerika qoşunlarının ölkədən çıxarılmasının təfərrüatını müzakirə edəcək.

Dövlət Departamenti rəhbərinin Əfqanıstana səfər planları barədə əvvəlcədən rəsmi olaraq məlumat verilməyib.

Aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden amerikalı əsgərlərin Əfqanıstandan çıxarılmasına mayda başlamağı və 2021-ci il sentyabrın 11-dək bu prosesi tamamlamağı planlaşdırdığını bildirib.

Son xəbərlər

Orphus sistemi