ABŞ dövlət katibi Əfqanıstanda elan edilməmiş səfərdədir

ABŞ dövlət katibi Əfqanıstanda elan edilməmiş səfərdədir Səfər zamanı Tillerson Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüş keçirib
Digər ölkələr
23 Oktyabr , 2017 17:32
ABŞ dövlət katibi Əfqanıstanda elan edilməmiş səfərdədir

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstanın paytaxtı Kabilə elan edilməmiş səfərə yollanıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyindən bildiriblər.

Səfər zamanı R.Tillerson Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni və baş nazir Abdulla Abdulla ilə görüşlər keçirib. Görüşlərdə tərəflər sülh, sabitlik və Əfqanıstanın uzunmüddətli tərəqqisinə dair qarşılıqlı istəklərini bir daha təsdiq ediblər.

Dövlət katibi ABŞ-ın Cənubi Asiya üzrə yeni strategiyasının Əfqanıstanda sülhə nail olmaq və bu sülhə mane olmağa çalışan terrorçularn planlarını pozmaq üçün Vaşinqtonla Kabil, eləcə də regiondakı digər tərəfdaşlarla sıx əməkdaşlığı nəzərdə tutduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi