ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16”-ların satışına icazə verilməsi üçün Konqresə müraciət edib

ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16”-ların satışına icazə verilməsi üçün Konqresə müraciət edib ABŞ Dövlət Departamenti Türkiyəyə yeni “F-16” qırıcılarının satışına və hazırda Ankaraya məxsus olan eyni tipli təyyarələrin modernizasiya olunmasına icazə verilməsi üçün Konqresə müraciət edib.
Digər ölkələr
14 Yanvar , 2023 15:55
ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16”-ların satışına icazə verilməsi üçün Konqresə müraciət edib

ABŞ Dövlət Departamenti Türkiyəyə yeni “F-16” qırıcılarının satışına və hazırda Ankaraya məxsus olan eyni tipli təyyarələrin modernizasiya olunmasına icazə verilməsi üçün Konqresə müraciət edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, departament bununla bağlı qərar layihəsini Nümayəndələr Palatası və Senatın müvafiq komitələrinin rəhbərlərinə və təcrübəli üzvlərinə təqdim edib, ilkin qiymətləndirilməsinin aparılmasını istəyib.

Dövlət Departamentinin bu xəbəri gələn həftə rəsmi şəkildə açıqlayacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-ın xarici ölkələrə silah, sursat və digər hərbi təyinatlı məhsullar satmasına Konqres icazə verməlidir. Qanunverici orqan NATO üzvü olan ölkələrə silah satışı ilə bağlı mövqeyini 15 gün, Alyansdan kənar dövlətlər üzrə isə 30 gün ərzində bildirir.

Son xəbərlər

Orphus sistemi