Yuxarı

Dövlət Departamenti ​ABŞ-ın İraqa 800 mln. dollarlıq raket satmasına icazə verib

İraq Amerikadan 5 min ədəd raket almaq niyyətində olduğunu bildirib

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti İraqa "hava-yer" sinifli "AGM-114 Hellfire" özütuşlanan raketlər, həmçinin CATM (Captive Air Training Missiles) təlim raketləri və müşayiət qurğularının satışına icazə verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı Agentliyi (DSCA) məlumat verib.

İdarənin saytına yerləşdirilən məlumatda bildirilir ki, əvvəllər İraq hakimiyyəti 5 min "Hellfire" və 10 CATM raketləri almaq niyyətində olduğunu bildirib.

Bu raket partiyasının ümumi dəyəri 800 milyon dollar təşkil edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi