ABŞ Dövlət Departamenti Belarusda seçkiləri pislədi

ABŞ Dövlət Departamenti Belarusda seçkiləri pislədi ABŞ Dövlət Departamenti bəyanatla çıxış edib
Digər ölkələr
13 Oktyabr , 2015 02:15
ABŞ Dövlət Departamenti Belarusda seçkiləri pislədi

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Belarusda seçkilər dinc şəraitdə keçsə də, beynəlxalq standartlara cavab verməyib”. “Report”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin bəyanatında belə deyilir.

“Birləşmiş Ştatlar hər zaman Belarus hökumətini azad və ədalətli seçki prosesini təmin etməyə, toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırıb. Təəssüflə bu nəticəyə gəldik ki, seçkilər beynəlxalq standartlara cavab verməyib”, - deyə sənəddə qeyd olunur.

Vaşinqtonda hesab edirlər ki, oktyabrın 11-də baş tutan səs vermə prosesi zamanı Belarusda qutulara kütləvi bülleten atılması və səslərin sayılmasında səhlənkarlıq halları olub.

O da əlavə olunub ki, ABŞ səsvermədə nöqsanlar aşkarlayan ATƏT və digər təşkilatları rəyini nəzər alır.

Xəbər verdiyimiz kimi, Belarus MSK-nın ilkin məlumatına görə, oktyabrın 11-də keçirilmiş dövlət başçısı seçkilərində ölkənin fəaliyyətdə olan Prezidenti Aleksandr Lukaşenko seçicilərin 83,49 faizinin səsini toplayıb.

Son xəbərlər

Orphus sistemi