ABŞ Dövlət Departamenti Bəhreynə hərbi vertolyotların satışını bəyənib

ABŞ Dövlət Departamenti Bəhreynə hərbi vertolyotların satışını bəyənib Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Bəhreynə hərbi vertolyotların satışını bəyənib.
Digər ölkələr
28 Aprel , 2018 01:25
ABŞ Dövlət Departamenti Bəhreynə hərbi vertolyotların satışını bəyənib
Foto: "AP"

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Bəhreynə hərbi vertolyotların satışını bəyənib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" ABŞ-ın Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi Agentliyinə (DSCA) istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Bəhreynə 911 milyon dollar məbləğində "AH-1Z" hərbi vertolyotları satılacaq. Çatdırılmaya 14 baglama "Hellfire" və lazer müşahidəli 56 bağlama APKWS-II, 12 pulemyot, naviqasiya sistemi, əlaqə vasitələri və digər avadanlıqlar daxildir.

Bildirilir ki, silahların satışı "regionda əsas qüvvələr nisbətini dəyişməyəcək".

"AH-1Z" vertolyotu "Bell AH-1 Super Cobra"nın bazası üzərində yaradılıb. Vertolyot ABŞ-ın Dəniz Piyadaları korpusunun istifadəsində əsas yer tutur. 

Son xəbərlər

Orphus sistemi