ABŞ Dövlət Departamenti amerikalılara səyahət xəbərdarlığı edib

ABŞ Dövlət Departamenti amerikalılara səyahət xəbərdarlığı edib Xəbərdarlıq martın 19-dək qüvvədə olacaq
Digər ölkələr
20 Dekabr , 2014 19:27
ABŞ Dövlət Departamenti amerikalılara səyahət xəbərdarlığı edib

Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti xaricə səfər edən amerikalılara səyahət xəbərdarlığı verib.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Dövlət Departamenti terrorçuların təkcə Amerikanın hökumət binaları deyil, mehmanxanalar, ticarət mərkəzləri, məktəblər və ibadətgahları da hədəf aldığını bildirib.

Qeyd olunub ki, Avstraliyada girov hadisəsi Amerika vətəndaşlarının şəxsi təhlükəsiliklərinə dair daha ehtiyatlı olmalarına xəbərdarlıqdır.

Səyahət xəbərdarlığı martın 19-dək qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi