ABŞ Dövlət Departamenti: Moskvada keçirilən Suriya danışıqları irəliləyişə əsas vermir

ABŞ Dövlət Departamenti: Moskvada keçirilən Suriya danışıqları irəliləyişə əsas vermir Moskvada keçirilən sammitdə Suriyadan təxminən 30 nəfər iştirak edib
Digər ölkələr
31 Yanvar , 2015 03:45
ABŞ Dövlət Departamenti: Moskvada keçirilən Suriya danışıqları irəliləyişə əsas vermir

BAKI. 31 yanvar. REPORT.AZ/ "Suriya hakimiyyəti ilə müxalifət arasında aparılan Moskva danışıqları irəliləyişə əsas vermir".

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departameninin sözçüsü Cen Psaki çıxış edib.

O bildirib ki, qanlı münaqişənin həlli istiqamətində ciddi uğura imza atmaq üçün ilk növbədə 2012-ci ilin 30 iyun tarixində Cenevrədə qəbul edilən və Bəşər Əsəd rejiminin hakimiyyətdən getməsini nəzərdə tutan Kommünike əsas sənəd kimi qəbul edilməlidir.

Qeyd edək ki, Moskvada keçirilən dörd günlük sammitdə Suriyadan təxminən 30 nəfər müxalifət və iqtidar nümayəndəsi iştirak edib.

Tədbir iki hissəyə bölünüb: ilk iki gün ərzində müxalifət qruplarının nümayəndələri arasında görüşlər keçirilib, yanvarın 28-i və 29-u isə danışıqlara rəsmi Dəməşqin nümayəndələri qoşulub.

Son xəbərlər

Orphus sistemi