ABŞ-nin İllinoys ştatının mərkəzində bir neçə nəqliyyat vasitəsi ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report”
Telekanalına məlumatına görə, qəza Effinqhem dairəsində baş verib. Təxminən 28 min litr kimyəvi maddə daşıyan yük maşını yol-nəqliyyat hadisəsindən sonra aşıb və sonucda təxminən 15 min litr ammonyak sızıb.
NBC yaxın ərazilərdən 500-ə yaxın insanın təxliyə edildiyini qeyd edib. İllinoys Ətraf Mühitin Mühafizəsi Agentliyinə görə, evakuasiya əmri azı bazar günü səhərə qədər qüvvədə qalacaq.