ABŞ-də partlayış olub, ölən və yaralananlar var

ABŞ-də partlayış olub, ölən və yaralananlar var ABŞ-nin Sterlinq şəhərində (Virciniya ştatı) binada baş verən partlayış nəticəsində yanğınsöndürən ölüb.
Digər ölkələr
17 Fevral , 2024 09:18
ABŞ-də partlayış olub, ölən və yaralananlar var

ABŞ-nin Sterlinq şəhərində (Virciniya ştatı) binada baş verən partlayış nəticəsində yanğınsöndürən ölüb, daha 11 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Bildirilib ki, öncə binada qaz sızması barədə yanğınsöndürənlərə məlumat verilib. Partlayış yanğınsöndürənlər hadisə yerinə gələndən az sonra baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində qonşu binalara da ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi