ABŞ-də məhkəmə erməni bloqeri həbsdə saxlayıb
Digər ölkələr
- 20 mart, 2025
- 01:36
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhər məhkəməsi erməni bloqçu Vardan Qukasyanın vəkillərinin girovla bağlı müraciətini rədd edərək, onu həbsdə saxlayıb.
“Report” xəbər verir ki, bu barədə “İravunk” qəzeti “Lev Group” hüquq firmasının rəhbəri Levon Baqdasaryana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmə qərarını alıb və ona əsasən azadlığa buraxılması barədə vəsatət rədd edilib. Baqdasaryan işin təfərrüatlarını daha sonra təqdim edəcəyinə söz verib.
Xatırladaq ki, “İt” ləqəbi ilə tanınan videobloqçu Vardan Qukasyan bundan əvvəl ABŞ-nin miqrasiya orqanları tərəfindən saxlanılıb. Onun deportasiya ediləcəyi bildirilirdi. Ermənistan Qukasyanı bir neçə cinayət ittihamı ilə axtarışa verib.
O, hazırda həbsdə saxlanılır.
Son xəbərlər
04:46
Foto
Azərbaycan səfirliyində minaların qalıqlarından hazırlanan kürəklə ağ qızılgül əkilib
Xarici siyasət04:18
Bundesver hərbçilərinin həyatı ilə oynayır
Digər ölkələr03:45
Panama kanalında tıxac yaranıb
Digər ölkələr03:17
Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur
Digər ölkələr02:52
Foto
Nyu-Yorkda azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunub
Xarici siyasət02:18
ABŞ və müttəfiqləri Yaxın Şərqdən Hind-Sakit Okean regionuna keçir
Digər ölkələr02:01
Pezeşkian Yaxın Şərqi yenidən qurmaq təklifi edib
Digər ölkələr01:52
Türkiyə XİN İsrailin Suriyanın cənubuna hücumunu qınayıb
Region01:35