ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb

ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb. Barjın tikili ilə toqquşması Arkanzas çayının Oklahoma ştatından keçən hissəsində olub.
Digər ölkələr
31 Mart , 2024 08:58
ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb

ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb. Barjın tikili ilə toqquşması Arkanzas çayının Oklahoma ştatından keçən hissəsində olub.

“Report” xəbər verir ki, bu barədə yerli polis patrul xidməti sosial şəbəkədə məlumat yayıb.

İnsident nəticəsində Salliso şəhərindən cənubda US-59 şosesində hərəkət tamamilə dayandırılıb, nəqliyyat digər istiqamətə yönləndirilib.

Oklahoma Nəqliyyat Departamenti bildirib ki, mühəndislər körpünün quruluşunu yoxladıqdan sonra hadisə baş vermiş ərazidə magistral yolda hərəkət yenidən açılıb.

Xatırladaq ki, martın 26-da Merilend ştatında Patapsko çayı üzərindəki məşhur Frensis Skott Key şosesi körpüsü uçub. Hadisə yük gəmisinin nəhəng strukturun sütunlarından birinə çırpılmasından sonra baş verib. Toqquşma nəticəsində konteyner gəmisi alovlansa da, su üzündə qalıb. Polad körpünün bir neçə mərkəzi aşırımları suya düşüb.

Son xəbərlər

Orphus sistemi