ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var ABŞ-nin Tennessi Dövlət Universitetinin yaxınlığında atışma baş verib, bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Digər ölkələr
13 Oktyabr , 2024 05:19
ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-nin Tennessi Dövlət Universitetinin yaxınlığında atışma baş verib, bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə yerli "ABC News" kanalı məlumat yayıb.

"Neşvil polisi və xilasediciləri şənbə günü axşam Tennessi Dövlət Universitetinin yaxınlığında baş verən və bir neçə nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı hadisə yerinə müdaxilə edib", - telekanalın saytındakı bəyanatda deyilir.

“CBS News” telekanalı da universitetin binası yaxınlığında baş verən atışma nəticəsində azı bir nəfərin öldüyünü, daha doqquz nəfərin yaralandığını bildirib.

Məlumata görə, zərərçəkənlər, o cümlədən cinayəti törətməkdə şübhəli bilinən xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar açıqlanmır.

Son xəbərlər

Orphus sistemi