ABŞ-nin Merilend ştatının Baltimor şəhərində atışma nəticəsində azı 3 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Şəhər polisi bildirib ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. Amma hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması ilə bağlı məlumat verilməyib.