ABŞ-dakı “Titanic” muzeyində qəza baş verib, xəsarət alanlar var

ABŞ-dakı “Titanic” muzeyində qəza baş verib, xəsarət alanlar var Tennessi ştatının Piceon Forc şəhərindəki “Titanic Museum”da ötən gecə buzlu divarın uçması nəticəsində 3 qonaq xəsarət alıb.
Digər ölkələr
3 Avqust , 2021 15:02
ABŞ-dakı “Titanic” muzeyində qəza baş verib, xəsarət alanlar var

Tennessi ştatının Piceon Forc şəhərindəki “Titanic Museum”da ötən gecə buzlu divarın uçması nəticəsində 3 qonaq xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə muzeyin mülkiyyətçisi olan Mari Kelloq Coslin Con Coslin feysbuk səhifəsindən xəbər paylaşıblar. Xəbərdə muzeyin hazırda bağlı olduğu bildirilir: “Düşüncə və dualarımızda xəsarət alanların, həmçinin onların ailələri və dostlarının yanındayıq”.

Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, 1912-ci ildə inşa olunan və dünyanın ən böyük sərnişin gəmisi kimi qəbul edilən “Titanic” gəmisinə və sərnişinlərinə aid sözügedən muzeydə 400-dən çox əşya nümayiş olunur. Muzeyin saytına görə, qonaqlar məşhur gəmidəki “Böyük pilləkən”də, üçüncü sinif dəhliz və otaqlarında dolaşmaq, hətta həqiqi buz parçasına əl vurmaq və s. imkanlardan yararlanaraq həmin gəmidə səyahət edənlərlə eyni ab-havanı hiss etmək imkanı qazanırlar.

ABŞ, habelə başqa ölkələrdə fəaliyyət göstərən “Titanic” muzeylərindən biri olan həmin məkan “Cedar Bay Entertainment, LLC” şirkətinə məxsusdur və 2010-cu ilin aprel ayında açılıb.

Xatırladaq ki, Böyük Britaniyada inşa edilmiş 270 metrədək uzunluğuna malik “Titanic” gəmisi Soutampton limanından Nyu Yorka doğru çıxdığı elə ilk səfəri zamanı 1912-ci ilin 14 aprel tarixində aysberqlə toqquşaraq batıb. Bu qəza zamanı 1500-dək adam həlak olub. Nəhəng gəminin qalıqları 1985-ci ilin sentyabr ayında Nyu-Foundland adasından 350 dəniz mil aralıqda, 4 min metrədək dərinlikdə tapılıb.

Son xəbərlər

Orphus sistemi