ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib

ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib ABŞ-ın Alabama ştatının Elkmont qəsəbəsində 14 yaşlı yeniyetmə evdə beş nəfər ailə üzvünü – atasını, ögey anasını, üç bacı-qardaşını güllələyib.
Digər ölkələr
3 Sentyabr , 2019 17:11
ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib

ABŞ-ın Alabama ştatının Elkmont qəsəbəsində 14 yaşlı yeniyetmə evdə beş nəfər ailə üzvünü – atasını, ögey anasını, üç bacı-qardaşını güllələyib.

“Report” CNN-ə istinadən xəbər verir ki, üç nəfər yerindəcə həlak olub, biri uşaq olmaqla daha ikisi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildikdən bir qədər sonra dünyasını dəyişib.

Yeniyetmə hadisəni törətdikdən sonra 9 millimetrlik tapançanı yaxınlığa tullayıb, daha sonra isə polisə zəng vurub. O, hadisə yerinə gələn təhqiqatçılara tapançanın yerini göstərib.

Son xəbərlər

Orphus sistemi