ABŞ-da yaşayış binası uçub, xəsarət alanlar var

ABŞ-da yaşayış binası uçub, xəsarət alanlar var ABŞ-ın Corciya ştatının De-Kalb dairəsində yaşayış kompleksi partlayışdan sonra qismən uçub, bu səbəbdən bir neçə nəfər xəsarət alıb.
Digər ölkələr
13 Sentyabr , 2021 01:11
ABŞ-da yaşayış binası uçub, xəsarət alanlar var

ABŞ-ın Corciya ştatının De-Kalb dairəsində yaşayış kompleksi partlayışdan sonra qismən uçub, bu səbəbdən bir neçə nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən yerli “WSB-TV 2” telekanalı bildirib.

Çağırışla hadisə yerinə gələn polislər qaz qoxusunu qeydə alıblar. Asayiş keşikçiləri bundan sonra ev sakinlərinin təxliyəsinə başlayıblar.

Polisin sözlərinə görə, hadisə zamanı iki nəfər yanıq xəsarətləri alıb, təxminən bu sayda insan itkin düşüb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Partlayışın gücündən qonşu binalara da ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi