ABŞ-da viza alarkən sosial şəbəkələrdəki hesabların şifrələrini tələb etmək fikri irəli sürülüb

ABŞ-da viza alarkən sosial şəbəkələrdəki hesabların şifrələrini tələb etmək fikri irəli sürülüb ABŞ səfirliyi viza üçün müraciət edən xarici ölkə vətəndaşlarından sosial şəbəkələrdəki hesablarının şifrələrini tələb edə bilər
Digər ölkələr
8 Fevral , 2017 14:55
ABŞ-da viza alarkən sosial şəbəkələrdəki hesabların şifrələrini tələb etmək fikri irəli sürülüb

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ səfirliyi viza üçün müraciət edən xarici ölkə vətəndaşlarından sosial şəbəkələrdəki hesablarının şifrələrini tələb edə bilər.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Con Kelli məlumat verib.

Onun sözlərinə görə, bu tədbir ABŞ-ın təhlükəsizlik üçün təhdid yarada biləcək əcnəbilərin yoxlanışının sərtləşdirilməsi çərçivəsində qəbul edilə bilər.

Bu məsələ, ilk növbədə əhalisinin böyük əksəriyyəti müsəlman olan, Prezident Donald Trampın miqrasiya üzrə fərmanına əsasən, vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət qoyulmuş 7 ölkəyə aid olmalıdır.

"Bu ölkələrdən olan insanları yoxlamaq həqiqətən çox çətindir. Onlar ölkəyə giriş həyata keçirirlərsə, onların hansı internet saytlarından istifadə etdiklərini bilməli və onların şifrələrini əldə etməliyik. Bununla onların şəbəkədə hansı fəaliyyətlə məşğul olduğunu görəcəyik" - C.Kelli ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsindəki dinləmələr zamanı çıxışında bildirib.

Nazirin sözlərinə görə, viza üçün müraciət edənlər ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq etmək istəyəcəkləri təqdirdə onların ölkəyə girişinə icazə verilməyəcək.

Son xəbərlər

Orphus sistemi