“ABŞ-da hər kəsin koronavirus (COVID-19) əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi “NBC” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, vaksinasiya koronavirus infeksiyasına qarşı mübarizədə çox təsirlidir:
“Son bir ayda COVID-19-dan ölənlərin 99,2 faizi peyvənd olunmayıb. Mükəmməl peyvənd yoxdur. Problemli insanların böyük əksəriyyəti peyvənd olunmayıb”.