ABŞ-da vətəndaş hüquqları uğrunda hərəkatın lideri vəfat edib

Digər ölkələr
  • 18 iyul, 2020
  • 06:59
ABŞ-da vətəndaş hüquqları uğrunda hərəkatın lideri vəfat edib

Amerikalı siyasətçi və vətəndaş hüquqları uğrunda mübarizənin lideri, konqresmen Con Lyuis 81 yaşında vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi məlumat verib.

“Bu gün ABŞ Amerika tarixinin ən böyük qəhrəmanlarından birinin – konqresmen Con Lyuisin, Konqresin vicdanının itkisinə görə yas tutur”, - onun saytında yerləşdirilmiş press-relizdə deyilir.

Spikerin sözlərinə görə, C.Lyuis xərçəng xəstəliyindən əziyyət çəkirdi.

“Hill” nəşri yazıb ki, Nümayəndələr Palatasının üzvü olan C.Lyuis vətəndaş hüquqları uğrunda hərəkatların məşhur lideri olub və Konqresdə 30 ildən çox müddətdə hərəkatın simvolu kimi çıxış edib.