ABŞ-da vertolyot qəzası nəticəsində 2 nəfər ölüb

Digər ölkələr
  • 15 yanvar, 2018
  • 22:27
ABŞ-da vertolyot qəzası nəticəsində 2 nəfər ölüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Amerikanın Ohayo ştatında vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib.

“Report” "Sentinel-Tribune" qəzetinə istinadən xəbər verir ki, qəza bazar ertəsi günorta saatlarında Cenoa şəhəri yaxınlığından keçən yol kənarında baş verib.

Vertolyotda elektrikötürücü xətlərin müayinəsi ilə məşğul olan işçilər uçurmuş. Hər iki ölən şəxs ərazinin kəşfiyyatını aparıb.