ABŞ-da uşaqları məktəbdə silahlı hücuma hazırlayan 5 nəfər həbs edilib

ABŞ-da uşaqları məktəbdə silahlı hücuma hazırlayan 5 nəfər həbs edilib Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqat Bürosu Nyu-Meksiko ştatında uşaqları sakinlərə, o cümlədən orta məktəbdəki insanlara atəş açmağa hazırlamaqda şübhəli blilinən 5 nəfəri həbs edib.
Digər ölkələr
1 Sentyabr , 2018 06:59
ABŞ-da uşaqları məktəbdə silahlı hücuma hazırlayan 5 nəfər həbs edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqat Bürosu Nyu-Meksiko ştatında uşaqları sakinlərə, o cümlədən orta məktəbdəki insanlara atəş açmağa hazırlamaqda şübhəli blilinən 5 nəfəri həbs edib.

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verib.

Məlumata görə, bu şəxslər Haitidən olan qanunsuz miqrantlar – Cenni Leveyl, onun əri Siradc Vaxxadje, onun iki bacısı Xudjrah və Sabhane Vaxxadjelər, həmçinin Lukas Mortendir.

Onların hamısı avqustun əvvəlində Nyu-Meksikonun şimalındakı Taos şəhərinin yaxınlığındakı torpaq sahəsində 11 arıq və əyinlərində cındır paltar olan uşaqların aşkarlanmasından sonra hüquq-mühafizə orqanlarının diqqətini cəlb ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar şübhəli uşaqlar olub.

Prokurorluq güman edir ki, Siradc Vaxxadje uşaqlara silahdan istifadə etməyi öyrədib və onları məktəbdə müəllimlərə, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmağa hazırlayıb.

Əvvəlcə onlara yetkinlik yaşına çatmayanlara qarşı sərt rəftar etməklə bağlı ittiham irəli sürülüb. Lakin çərşənbə günü məhkəmə bununla bağlı sübutların az olduğunu bildirib. Cümə günü həmin şəxslərə qarşı qanunsuz silah saxlamaq və sövdələşmə ittihamları irəli sürülüb və onlar həbs ediliblər. 

Son xəbərlər

Orphus sistemi