ABŞ-da naməlum şəxs universitetin həyətində atəş açıb

ABŞ-da naməlum şəxs universitetin həyətində atəş açıb Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ-ın Vaşinqton ştatının Ellensburq şəhərindəki Mərkəzi Vaşinqton Universitetinin həyətində bir nəfər silahlı şəxs qarşısına çıxanlara atəş açıb.
Digər ölkələr
7 Fevral , 2019 09:59
ABŞ-da naməlum şəxs universitetin həyətində atəş açıb

Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ-ın Vaşinqton ştatının Ellensburq şəhərindəki Mərkəzi Vaşinqton Universitetinin həyətində bir nəfər silahlı şəxs qarşısına çıxanlara atəş açıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ali məktəbin həyətində ikinci silahlı şəxsin olduğu da bildirilib.

Lakin bu məlumat hələ təsdiqlənməyib. 

Silahlı hücum nəticəsində ölən və yaralanan olmayıb.

Polis əməkdaşları hadisə yerində axtarış-əməliyyat tədbiri keçirib. Hadisənin səbəbi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi