ABŞ-da Trampa Rusiya bayraqları atan şəxs həbs edilib - VİDEO - YENİLƏNİB

ABŞ-da Trampa Rusiya bayraqları atan şəxs həbs edilib - VİDEO - YENİLƏNİB O, qanuna zidd hərəkətdə ittiham edilir
Digər ölkələr
25 Oktyabr , 2017 01:15
ABŞ-da Trampa Rusiya bayraqları atan şəxs həbs edilib - VİDEO - YENİLƏNİB

Bakı. 25 oktyabr. REPORT.AZ/ ABŞ polisi prezident Trampa Rusiya bayraqları atan şəxsi həbs edib.

"Report"un məlumatına görə, bu barədə "ABC News" telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, o, qanuna zidd hərəkətdə ittiham edilir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqatı davam etdirirlər. 

Qeyd edək ki, hadisə ABŞ Konqresinin binasında baş verib. Belə ki, Tramp respublikaçıların Senatdakı rəhbəri Mitç Makkonnellə nahara gedərkən ona bayraqlar atılıb. Prezidentə Rusiya bayraqlarını atan şəxs "Satqın Tramp!" şüarlarını da səsləndirib.

Həmin şəxs Rayan Kleytondur. O, fevralda da Trampın iştirak etdiyi konfransda təxribat hazırlayıb. 


***23:27

ABŞ-da etirazçı prezident Donald Trampa Rusiya bayraqları atıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ Konqresinin binasında baş verib.

Belə ki, Tramp respublikaçıların Senatdakı rəhbəri Mitç Makkonnellə nahara gedərkən ona bayraqlar atılıb. Prezidentə Rusiya bayraqlarını atan şəxs "Satqın Tramp!" şüarlarını da səsləndirib.

Qeyd olunur ki, həmin şəxs Rayan Kleytondur. O, fevralda da Trampın iştirak etdiyi konfransda təxribat hazırlayıb. 

Son xəbərlər

Orphus sistemi