ABŞ-da “TikTok” qadağan oluna bilər

ABŞ-da “TikTok” qadağan oluna bilər ABŞ hökuməti ölkə ərazisində Çin istehsalı olan “TikTok” tətbiqinin istifadəsinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir
Digər ölkələr
951
7 İyul , 2020 11:23
ABŞ-da “TikTok” qadağan oluna bilər
0 : 00
0 : 00

ABŞ hökuməti ölkə ərazisində Çin istehsalı olan “TikTok” tətbiqinin istifadəsinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo söyləyib.

“Biz bunu çox ciddi yanaşırıq və şübhəsiz ki, bunu nəzərdən keçiririk”, - Pompeo aparıcının ABŞ-ın daha əvvəllər Hindistanda qadağan edilmiş Çin istehsalı olan sosial şəbəkələrin, o cümlədən də “TikTok” tətbiqinin işinə qadağa qoyulması məsələsinin nəzərdən keçirilməyə ehtiyac olub-olmadığı barədə sualına cavab verərkən deyib.

“İnsanların mobil telefonlarına quraşdırılmış Çin tətbiqlərinə gəlincə, sizi əmin edə bilərəm ki, ABŞ hər şeyi ən düzgün qaydada edəcək”, - Pompeo söyləyib.

Aparıcının telefona “TikTok” tətbiqini quraşdırmağı tövsiyə edib-etməməklə bağlı sualına isə Pompeo belə cavab verib: “Şəxsi məlumatlarınızın Çin Kommunist Partiyasının əlinə keçməsini istəyirsinizsə, istifadə edin”.

İngilis versiyası US weights banning Tik Tok