ABŞ-da jurnalistləri qətlə yetirən şübhəlinin adı açıqlanıb - VİDEO - YENİLƏNİB

ABŞ-da jurnalistləri qətlə yetirən şübhəlinin adı açıqlanıb - VİDEO - YENİLƏNİB Qatil jurnalistlərin çalışdığı telekanalın keçmiş işçisidir.
Digər ölkələr
26 Avqust , 2015 21:06
ABŞ-da jurnalistləri qətlə yetirən şübhəlinin adı açıqlanıb - VİDEO - YENİLƏNİB

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatında canlı televiziya yayımı zamanı qətlə yetirilən iki jurnalisti Vester Lee Flanagan adlı şəxs öldürüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, qatilin artıq intihar etdiyi bildirilir. 41 yaşlı Flanagan jurnalistlərin çalışdığı telekanalın keçmiş işçisidir. 

*** 19:23

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-da jurnalist və operator canlı yayımda qətlə yetirilib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Virciniya ştatında ticarət mərkəzində qeydə alınıb. 

Belə ki, yerli WDBJ telekanalının əməkdaşı, 24 yaşlı jurnalist Alison Parker müsahibə zamanı 27 yaşlı operator Adam Wardla birlikdə güllələnib. Onların nə üçün öldürüldüyü hələlik bilinmir. 

Məlumata görə, telekanal əməkdaşları turizmlə bağlı müsahibə alırmış və bir anda silah səsləri eşidilir. Bundan sonra jurnalist qışqırmağa başlayır və görüntülərdə operatorun yerə yıxıldığı görünür. Eyni zamanda, xəbəri təqdim edən aparıcının simasındakı ifadə də ekrana gəlir və daha sonra yayım kəsilir. Kadrlarda 8 dəfə atəş açıldığı eşidilir.

*** 18:34

ABŞ-ın Virciniya ştatının Moneta rayonunda ticarət mərkəzində baş verən atışma nəticəsində 3 nəfər ölüb.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, atəş açanların şəxsiyyəti bilinmir.

Hadisə baş verən ərazidə polis hərəkəti dayandırıb.

Son xəbərlər

Orphus sistemi