Bakı. 16 may. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Aliso-Vyexo şəhərində tibb mərkəzində partlayış olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Bildirilir ki, partlayış tikinti işlərinin getdiyi yerdə baş verib. Partlayışdan sonra yanğın başlayıb.
Təcili xidmətlərin əməkdaşları yaxınlıqdakı uşaq bağçasının heyətini və uşaqları ərazidən təxliyə ediblər. Partlayıcı texnikalar birqadası və Federal Büronun əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır.