Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ-ın "Southwest Airlines" büdcəli aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərrikində partlayış baş verməsi səbəbindən təcili eniş edib.
“Report” "Associated Press"ə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər həyatını itirib.
CBS-nin məlumatına görə, təyyarə Filadelfiyanın hava limanına enib.
Təyyarənin göyərtəsində 143 sərnişin və 5 heyət üzvü olub. Hava gəmisi Nyu-Yorkdan Dallasa uçurmuş.