ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb Hadisə Hyuston şəhərinin 137 km şimal-qərbində yerləşən Brayn şəhərinin “Coulter Field” hava limanında baş verib.
Digər ölkələr
31 Avqust , 2020 11:16
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

ABŞ-ın Texas ştatında mülki təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Hyuston şəhərinin 137 km şimal-qərbində yerləşən Brayn şəhərinin “Coulter Field” hava limanında baş verib.

Federal Mülki Aviasiya İdarəsinin sözçüsü Linn Lansford bildirib ki, tək mühərrikli “Piper PA 24” tipli təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi