ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
17 İyun , 2018 04:21
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "New York Post" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Kaliforniya ştatında, Hesperia hava limanında qeydə alınıb. Xilasedicilər hadisə yerinə gəldikdə təyyarə alova bürünüb. Qəza nəticəsində 2 nəfər həlak olub.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi