ABŞ-da təyyarə qəzası zamanı 9 nəfər həlak olub

ABŞ-da təyyarə qəzası zamanı 9 nəfər həlak olub ABŞ-da təyyarə qəzası baş verib.
Digər ölkələr
1 Dekabr , 2019 06:52
ABŞ-da təyyarə qəzası zamanı 9 nəfər həlak olub

ABŞ-da təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə KSFY telekanalı bildirib.

Məlumata görə, hadisə Cənubi Dakota ştatında qeydə alınıb. Hadisə zamanı təyyarədə 12 nəfər olub. Onlardan 9-u qəza nəticəsində həlak olub.

Ölənlər arasında pilot və 2 azyaşlı da var.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının (NTSB) məlumatına görə, qəzaya uğrayan yüngül mühərrikli "Pilatus PC-12" təyyarəsidir.

Son xəbərlər

Orphus sistemi