Yuxarı
    Bağlamaq

    ABŞ-da təyyarə qəzası olub, ata və oğul ölüb

    Qəzanın səbəbi hələlik müəyyən edilməyib

    Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ-da ikimühərrikli “Beechcraft King” təyyarəsinin qəzaya uğraması nəticəsində ata və 13 yaşlı oğulu dünyasını dəyişib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-Meksiko ştatının Polis İdarəsinin təmsilçisi Karl Kristiansen bildirib.

    O söyləyib ki, hadisə bu ştatın cənubunda baş verib: "Hadisə qurubanlarının meyiti tanınıb. Onlar 39 yaşlı Castin Kinq və onun oğuludur.”

    Məlumata görə, təyyarə yanıb. Qəzanın səbəbi hələlik müəyyən edilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi