ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Tennesi ştatında, Elizabettaun şəhərinin aerodromunda qeydə alınıb. Belə ki, "Cessna Citation" təyyarəsi aerodroma eniş zamanı enmə-uçuş xəttindən çıxıb və alışıb.
Hadisə zamanı NASCAR avtomobil yarışları üzrə keçmiş ikiqat çempion Deyl Ernhardt (kiçik) və onun bacısı xəsarət alıblar. Deyl Ernhardtın bacısı faktı təsdiqləyib. O, qeyd edib ki, qardaşı, idmançının həyat yoldaşı və 1 yaşlı qızı Ayla da hadisə zamanı təyyarədə olublar.
"Onların hamısı təhlükəsiz şəraitdədirlər və səhhətlərinin sonrakı müayinələri üçün xəstəzanaya aparılıblar", - deyə idmançının bacısı bildirib. ABŞ-ın Mülki Aviasiya Federal Agentliyinin məlumatına görə, təyyarənin hər iki pilotu da qəza zamanı yüngül xəsarətlər alıblar.
Deyl Ernhardt karyerasını 2017-ci il mövsümündən sonra başa vurub. Onun atası Deyl Ernhardt isə NASCAR yarışlarının yeddi qat çempionu olub və 2001-ci ilin yarışlarında həlak olub.


