ABŞ-da təyyarə okeana düşüb

ABŞ-da təyyarə okeana düşüb Qəza zamanı 4 nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
1322
3 İyun , 2018 01:53
ABŞ-da təyyarə okeana düşüb

Bakı. 3 iyun. REPORT.AZ/ ABŞ-ın Nyu-York ştatında, Lonq-Aylend adasından iki mil aralıda kiçik təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Təyyarə Atlantik okeanına düşüb. Qəzanın səbəbləri hələ ki, açıqlanmır.

Hava gəmisində 4 nəfərin olduğu bildirilir. Sahil mühafizə xidməti itkin düşənləri axtarır.

Son xəbərlər

Orphus sistemi