ABŞ-da təyyarə evə düşdü, ölənlər və xəsarət alanlar var

ABŞ-da təyyarə evə düşdü, ölənlər və xəsarət alanlar var ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
26 İyul , 2020 04:18
ABŞ-da təyyarə evə düşdü, ölənlər və xəsarət alanlar var

ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” “Fox News” telekanalına istinadən xəbər verir ki, hadisə Yuta ştatının Uest-Cordan şəhərində baş verib.  

Polis nümayəndəsi Cennifer Uorten bildirib ki, “Piper 32” təyyarəsi yaşayıv evinə düşüb. Hadisə zamanı təyyarədə 6 nəfər olub. Onlardan bir neçəsi xəsarət alıb. Hadisə zamanı habelə ölənlərin də olduğu güman edilir.   

Polis nümayəndəsinin sözlərinə görə, bu zaman evdə 1 nəfər olub. Qəza zamanı yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində 3 evə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi