ABŞ-da sürücü qəsdən piyadaları vurub, 6 nəfər xəsarət alıb - VİDEO

ABŞ-da sürücü qəsdən piyadaları vurub, 6 nəfər xəsarət alıb - VİDEO ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) sürücü avtomobili qəsdən piyadaların üstünə sürüb.
Digər ölkələr
17 Aprel , 2019 03:48
ABŞ-da sürücü qəsdən piyadaları vurub, 6 nəfər xəsarət alıb - VİDEO

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) sürücü avtomobili qəsdən piyadaların üstünə sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda polisə istinadən ABC telekanalı bildirib.

Məlumata görə, hadisə şəhərin şimal hissəsində yerləşən küçədə baş verib. Hadisə zamanı 6 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Qəzanı törədən şəxs saxlanılıb, onun şəxsiyyəti açıqlanmır.

Polis güman edir ki, sürücü piyadaları mübahisəyə görə avtomobillə vurub.

Daha əvvəl ABŞ-ın Darem şəhərində (Şimali Karolina ştatı) yaşayış binasında partlayış baş verib.

Son xəbərlər

Orphus sistemi