ABŞ-da son 70 ildə ilk dəfə qadın edam olunub

ABŞ-da son 70 ildə ilk dəfə qadın edam olunub Məhkum Liza Montqomeri 2004-cü ildə hamilə qadını qəddarcasına öldürməkdə təqsirli bilinib.
Digər ölkələr
13 Yanvar , 2021 11:53
ABŞ-da son 70 ildə ilk dəfə qadın edam olunub

ABŞ-da son 70 ildə ilk dəfə qadın barəsində çıxarılan ölüm hökmü icra edilib.

“Report” xəbər verir ki, məlumatı “New York Times” yayıb.

Məhkum Liza Montqomeri 2004-cü ildə hamilə qadını qəddarcasına öldürməkdə təqsirli bilinib. Əvvəllər hökmün dekabrın 8-də İndiana ştatında icrası planlaşdırılıbmış. Ancaq sonra məhkəmənin qərarı ilə edam yanvarın 12-nə keçirilib. İndiana məhkəməsi məhkumun psixoloji durumunda yaranan problemə görə ölüm hökmünün icrasının təxirə salınması haqqında qərar qəbul etsə də, ABŞ-ın Ali Məhkəməsi həmin qərarı ləğv edib.

Liza Montqormerin edam hökmü İndiana ştatının Terre-Xot həbsxanasında öldürücü ineksiya yolu ilə icra olunub. Qadının ölümü yanvarın 13-də yerli vaxtla saat 09.31-də (02.31) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi