ABŞ-da şirkətin anbarında atışma olub, ölən və yaralanan var

ABŞ-da şirkətin anbarında atışma olub, ölən və yaralanan var Hadisənin səbəbi araşdırılır.
Digər ölkələr
30 Sentyabr , 2020 15:25
ABŞ-da şirkətin anbarında atışma olub, ölən və yaralanan var

ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində yerləşən "Amazon" şirkətinin anbarında atışma nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb.  

“Report” xəbər verir ki, məlumatı CNN telekanalı yayıb.

Bildirilib ki, polis əməkdaşları “Amazon”un anbarında gecə saatlarında güllə yarası alan bir kişi və bir qadın aşkarlayıblar. Bir müddət sonra qadın ölüb, kişi isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır. Hər iki şəxs şirkətin əməkdaşı olub.

Son xəbərlər

Orphus sistemi