ABŞ-da saxlanılan etirazçıların sayı daha da artıb

ABŞ-da saxlanılan etirazçıların sayı daha da artıb ABŞ-da bir qərədərili vətəndaşın polis əməkdaşı tərəfindən öldürülməsindən sonra baş qaldıran kütləvi etirazlar və iğtişaşlar zamanı saxlanılanların sayı 10 mini ötüb.
Digər ölkələr
123
4 İyun , 2020 12:49
ABŞ-da saxlanılan etirazçıların sayı daha da artıb

ABŞ-da bir qərədərili vətəndaşın polis əməkdaşı tərəfindən öldürülməsindən sonra baş qaldıran kütləvi etirazlar və iğtişaşlar zamanı saxlanılanların sayı 10 mini ötüb.

“Report” “AP”yə istinadən xəbər verir ki, saxlanılanların dörddə biri Los-Ancelesin payına düşür, sonrakı yerlərdə Nyu-York, Dallas, Filadelfiya gəlir. Saxlamaların əksər hissəsi küçəyə çıxma qadağasını pozmaq və digər xırda pozuntularla bağlı olsa da, yüzlərlə şəxs oğurluq, talançılıq əməllərinə görə həbs edilib.

Xatırladaq ki, mayın 25-də Minneapolisdə Corc (George) Floyd polis əməkdaşlarının ittiham olunduğu bir hadisə zamanı qətlə yetirilib. İnternetdə yayılan görüntülərdə 3 polisin Floydun qollarını qandallayıb onu yerə yıxdıqları və üstünə oturaraq yerə sıxdıqları, onlardan birinin isə dizini boğazına basdığı nəzərə çarpır. Bir neçə dəfə “nəfəsim daralır” deyən Floyd sonra hərəkətsiz qalır. Xəstəxanaya çatdırılan zərərçəkən orada dünyasını dəyişib.

Bu hadisədən sonra Minneapolisdə başlayan kütləvi etiraz aksiyaları tezliklə başqa şəhərlərə də yayılaraq bütün ölkəni bürüyub. Minneapolisdə 4 polis əməkdaşı işdən çıxarılıb, onlardan birinə qarşı “ehtiyatsızlıqla qətl törətmək” ittihamı irəli sürülüb.

Orphus sistemi