ABŞ-da ”Huey” təxəllüslü məşhur reper Lourens Frens atışma zamanı öldürülüb.
Bu barədə "Report" "Fox2" telekanalına istinadən xəbər verir.
Qeyd edilir ki, 31 yaşlı musiqiçi 10-dan çox insanın iştirakı ilə Sent-Luisdə baş vermiş silahlı insident zamanı ağır güllə yarası alıb. Reper xəstəxanaya yerləşdirilib, amma həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı Frensdən başqa daha bir nəfər – 21 yaşlı kişi də xəsarət alıb. Polis hələ ki hadisə iştirakçılarından heç kimi saxlamayıb.
“Huey” “Lock and Drop It” pop hiti lə məşhurdur. O, “T-Pain”, “Bow Wow” və “Lil' Wayne” kimi reperlərlə əməkdaşlıq edirdi.