ABŞ-da qocalar evində baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb - VİDEO

ABŞ-da qocalar evində baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb - VİDEO Bina bir neçə saat ərzində tamamilə yanaraq külə dönüb
Digər ölkələr
19 Noyabr , 2017 09:48
ABŞ-da qocalar evində baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb - VİDEO

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ-ın Filadelfiya ştatında qocalar evində baş vermiş güclü yanğın nəticəsində azı 27 nəfər xəsarət alıb, bir neçə nəfər itkin düşüb.

"Report" "ABC News"a istinadən xəbər verir ki, hadisə noyabrın 17-nə keçən gecə baş verib.

Bina bir neçə saat ərzində tamamilə yanaraq külə dönüb. Xilasedicilər təqribən 160 nəfəri binadan xilas ediblər.

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi