ABŞ-da qəzet redaksiyası atəşə tutulub, 5 nəfər öldürülüb - TƏFƏRRÜAT - YENİLƏNİB

ABŞ-da qəzet redaksiyası atəşə tutulub, 5 nəfər öldürülüb - TƏFƏRRÜAT - YENİLƏNİB Bakı. 29 iyun. REPORT.AZ/ İyunun 28-i günorta saatlarında Amerikanın Merilend ştatının paytaxtı Annapolis şəhərində naməlum şəxs qırma tüfəngi ilə yerli Capital Gazette nəşrinin redaksiyasını atəşə tutub.
Digər ölkələr
29 İyun , 2018 01:48
ABŞ-da qəzet redaksiyası atəşə tutulub, 5 nəfər öldürülüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakı. 29 iyun. REPORT.AZ/ İyunun 28-i günorta saatlarında Amerikanın Merilend ştatının paytaxtı Annapolis şəhərində naməlum şəxs qırma tüfəngi ilə yerli "Capital Gazette" nəşrinin redaksiyasını atəşə tutub.

“Report” xəbər verir ki, silahlı insident nəticəsində 4 və ya 6 nəfərin öldüyü bildirilir.

Həmçinin məlumdur ki, bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs binaya qəzet ofisinin şüşəli qapısına atəş açmaqla daxil olub. O, içəri girdikdən sonra nizamsız atəş açmağa başlayıb.

Qatil polis tərəfindən saxlanılıb. Faciədən sonra redaksiyanın bütün əməkdaşları təxliyyə edilib, cinayət yerinə giriş məhdudlaşdırılıb.

Polis nümayəndəsinin sözlərinə görə, hadisə yerində başqa silahlı şəxslərində olma ehtimalı var, həmçinin binaya bomba qoyula bilər.

Ağ ev nümayəndəsi Lindsi Uolters prezident Donald Trampın hadisə barədə məlumatlandırıldığını bildirib.

Polis hadisənin terrorla əlaqəli olmadığı deyib. Hazırda saxlanılan şəxsin kimliyi və hadisənin motivləri müəyyən edilir.


***23:42

Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ-ın Merilend ştatının paytaxtı olan Annapolis şəhərində qəzet ofisi qarşısında atışma baş verib.

“Report” xəbər verir ki, bu barədə şerifə istinadən "Fox News" məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində bir neçə nəfər həyatını itirib.

Yerli jurnalistlərin ehtimalına görə, silahlı insident "Capital Gazette" nəşrinin ofisində baş verib.

İlkin məlumata görə, atəş açan şəxs saxlanılıb. Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi