ABŞ-da qaz sızmalarından partlayışlar olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

ABŞ-da qaz sızmalarından partlayışlar olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-ın Massaçusets ştatında baş verən qaz partlayışlları nəticəsində 1 nəfər ölüb.
Digər ölkələr
14 Sentyabr , 2018 07:16
ABŞ-da qaz sızmalarından partlayışlar olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-ın Massaçusets ştatında baş verən qaz partlayışlları nəticəsində 1 nəfər ölüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Lorens şəhər polisinin şefi Roya Vaske bildirib.

İlkin məlumata görə, ölən şəxs 18 yaşlı Leonel Robsondur. Partlayışın olduğu yerlərdən birində evlərdən birindən qopan qaz borusu onun avtomobilinin üstünə düşüb.

Polis rəsmisi bildirib ki, qaz partlayışları nəticəsində həmçinin daha 13 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.


***04:24

ABŞ-ın Massaçusets ştatında evlərdə partlayışlar və yanğınlar nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Associated Press"ə (AP) istinadən xəbər verir.

Bildirilir ki, Lorens və qonşu Andovera şəhərlərində qaz sızmalarından onlarla ev zərər çəkib.

Ştatın polisi bildirib ki, artıq Bostondan şimalda 70 qaz sızması hadisəsini araşdırır. Qaz sızmaları partlayışlara, yanğınlara və güclü qoxuya səbəb olub. 

Son xəbərlər

Orphus sistemi