ABŞ-da qayıq çayda aşıb, 3 nəfər ölüb, 2 nəfər itkin düşüb

Digər ölkələr
  • 18 iyun, 2021
  • 08:11
ABŞ-da qayıq çayda aşıb, 3 nəfər ölüb, 2 nəfər itkin düşüb

ABŞ-ın Şimali Korelina ştatında Dan çayında qayığın batması nəticəsində 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rokinqem şəhərinin təcili yardımlar xidmətinin direktoru Rodni Keyts bildirib.

Onun sözlərinə görə, qayığın göyərtəsində 9 nəfər olub, onlardan 3-nün meyiti çıxarılıb, 2-nin axtarışı aparılır, 4-ü xilas edilib.

Qeyd olunub ki, qayıq çaydakı su bəndindən aşağı yuvarlanaraq aşıb.

44 filmi