ABŞ-da qatarla avtomobil toqquşub, ölənlər var

ABŞ-da qatarla avtomobil toqquşub, ölənlər var ABŞ-ın cənub-şərqindəki Cənubi Karolina ştatında dəmiryol keçidində avtomobil qatarla toqquşub.
Digər ölkələr
30 Oktyabr , 2021 22:01
ABŞ-da qatarla avtomobil toqquşub, ölənlər var

ABŞ-ın cənub-şərqindəki Cənubi Karolina ştatında dəmiryol keçidində avtomobil qatarla toqquşub.

"Report" bu barədə CNN telekanalına istinadən xəbər verir.

Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Qatarda ölən və yaralananlar barədə məlumat verilmir.

Telekanalın məlumatına görə, avtomobillə toqquşduqdan sonra təcili dayanan qatarda 500 sərnişin olub.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi